17 İyul 2015 11:49
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayram və istirahət günləri ilə əlaqədar olaraq Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda turistlərin və sərnişinlərin qonşu ölkəyə keçidində müəyyən qədər sıxlıq müşahidə olunmaqdadır.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, Azərbaycan-Gürcüstan sərhəddində gömrük əməkdaşları gücləndirilmiş iş rejimində çalışır və yaxın 2-3 saat ərzində mövcud sıxlıq aradan qaldırılacaq.

Xatırladaq ki, bu günlərdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin Gürcüstan Maliyyə Nazirliyi Gömrük Departamentinin rəisi Vladimer Xundadze ilə görüşündə də bu kimi halların qarşısının alınması üçün iki ölkə arasında mövcud sərhəd-gömrük buraxılış məntəqələrində işlərin intensivləşdirilməsinin, yeni sərhəd-gömrük buraxılış məntəqələrinin açılmasının zəruriliyi vurğulanıb, gömrük-sərhəd keçid məntəqələrində mütəmadi olaraq ikitərəfli görüşlərinin keçirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.


Müəllif: