Avropanın aparıcı portalı olan “Euractiv”də Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə yayılıb.
Müəllif məqalədə Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarına əsaslanaraq Ermənistanın işğalçı siyasətini ifşa edib.
Yazıda bildirilir ki, Ermənistan işğalçı qüvvə kimi Dağlıq Qarabağ və ətraf ərazilər üzərində nəzarət həyata keçirməkdədir. Bu isə Dağlıq Qarabağı müstəqil dövlət kimi göstərən Ermənistanın özünə zərbədir. Halbuki Dağlıq Qarabağ heç bir ölkə və ya qurum tərəfindən müstəqil dövlət kimi tanımayıb. Bu, həm də onu göstərir ki, Ermənistan hökuməti həmin əraziləri işğal altında saxladığına görə məsuliyyətə cəlb olunmalıdır.
Məqalədə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində indiyədək heç bir nəticə əldə etmədiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrin yerinə yetirilməsinə nail ola bilmədiyi diqqətə çatdırılır.