27 İyul 2015 10:01
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçqın Qadın və Gənclər Mərkəzində Cəbrayıl rayon ictimaiyyətinin iştirakı ilə yol təhlükəsizliyinin təmin olunması və yol mədəniyyətinin artırılması ilə əlaqədar tədbir keçirilib.

Teleqraf.com-un məlumatına görə, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həyat” Beynəlxalq Humanitar Təşkilatı tərəfindən icra olunan “Yol təhlükəsizliyinin və yol mədəniyyətinin artırılması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində keçirilmiş həmin tədbirdə Bakı şəhərində fəaliyyət göstərən Cəbrayıl rayon məcburi köçkün icmalarında yol təhlükəsizliyinin təmin olunmasının, həmçinin bu sahədə aparılan məlumat kampaniyasının aktual aspektləri nəzərdən keçirilib.

Tədbirdə giriş sözü ilə açan “Həyat” yəşkilatının sədri, layihə rəhbəri Azər Allahverənov təmsil etdiyi təşkilatın bu sahədə təcrübəsi, təşkilatın xətti ilə icra olunan proqramlar, həmçinin hazırkı layihənin məqsəd və vəzifələri, onun mahiyyəti və zəruriliyi barədə danışdı. Qeyd olunub ki, yol qəzalarının artdığı bir şəraitdə bu atılacaq preventiv addımlar sırasında yol hərəkəti qaydalarının geniş təbliğ olunması və bu prosesə əhalinin müxtəlif təbəqələrinin cəlb edilməsi məsələləri həyati əhəmiyyətli tədbirlərdəndir.

Həmin səpkidə tədbirlərin kəmiyyət və keyfiyyət göstəriciləri üzrə artırılması baş verəcək qəzaların miqyasının azalmasına səbəb ola bilər.

BMTQAK və “Həyat” Təşkilatı tərəfindən idarə olunan Qaçqın Qadın və Gənclər Mərkəzinin meneceri Zəminə Səfərova yol təhlükəsizliyi sahəsində icra olunan layihələrdə əldə etdiyi təcrübəni tədbir iştirakçıları ilə bölüşdü və məcburi köçkün icmalarında bu kimi proqramların icra olunmasının vacibliyini qeyd edib.

BƏXTİYAR


Müəllif: