29 İyul 2015 09:59
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində qaçqın və məcburi köçkünlərin məskunlaşdığı “Kür” otelində güclü yanğının baş verməsi ilə bağlı KİV-lərdə yayılan məlumat yanlışdır.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, “Kür” otelində yanğın hadisəsi baş verməyib.

Ötən gün Şirvan şəhərində yanğın Mərkəzi Poçtun 3-cü mərtəbəsində məskunlaşmış məcburi köçkünə məxsus ümumi sahəsi 15 kv.m olan mənzildə baş verib. Mətbəxdə məişət qaz balonu alışıb və paltaryuyan maşın qismən yanıb.

Poçtun qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: