4 Avqust 2015 14:11
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Bakı-Tbilisi-Ərzurum qaz kəmərində partlayış qaz sızması nəticəsində baş verib və terror aktı deyil.


Bunu Trend-ə boru kəmərinin keçdiyi Türkiyənin Qars vilayətinin valisinin ofisindən deyiblər.

Qeyd edilib ki, partlayışa səbəb boru kəmərindəki qaz sızması olub.

Xatırladaq ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Sarıqamış rayonu əraizindən keçən hissəsində partlayış baş verib. Partlayışdan sonra boru kəmərində qazın nəqli dayandırılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.


Müəllif:

Oxşar xəbərlər