4 Avqust 2015 16:22
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuror Zakir Qaralov 5 rayonun sakinləri ilə görüşmək üçün Tovuza səfər edəcək.

Baş Prokurorluqdan Teleqraf.com-a verilən məlumata görə, Z.Qaralov avqustun 14-də saat 11:00-da Tovuz Rayon Prokurorluğunun inzibati binasında Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Tovuz şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorluqları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437 28 79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.


Müəllif:

Oxşar xəbərlər