6 Avqust 2015 16:59
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küveyt Dövlətinin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.

Görüşdə universitetin rektoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali məktəbin fəaliyyətində başlıca amil sayılan keyfiyyətli kadr hazırlığı məqsədinə böyük önəm verildiyini deyib. İkili diplom proqramı və təhsil-tədris-təcrübə-tədqiqat modelinin faydasını ətraflı şərh edən rektor xarici ölkələrin nüfuzlu universitetləri və müvafiq təşkilatları ilə əlaqələrin daha da genişlənməsinə hər zaman hazır olduğunu bildirib.

Görüşdə müvafiq qurumlarla əməkdaşlıq perspektivləri kontekstində ATMU-da təhsil alan tələbələr üçün Küveyt Dövlətinin otellərində təcrübə semestrinin təşkili məsələsindən də danışılıb.

Sonda görüşdən məmnunluğunu bildirən küveytli diplomat ATMU-ya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər