"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin emitentinin uzunmüddətli defolt və davamlılıq reytinqlərini "Rating Watch Positive" artırma imkanı ilə yenidən baxılması üçün "Rating Watch Positive" siyahısına daxil edib.
Trend-in agentliyin saytına istinadən verdiyi məlumata görə, reytinqin artırılma ehtimalı ABB-nin problemli aktivlərinin alınması və özəllləşdirilməsi ilə bağlıdır.
Bankdan "Fitch Ratings"ə bildiriblər ki, söhbət 2015-ci ilin sonunda problemli aktivlərin əhəmiyyətli hissəsinin alınmasından gedir.
Məlumatda deyilir: "Bankın sağlamlaşdırılması başa çatdıqdan sonra agentlik emitentin uzunmüddətli defolt reytinqini "BB+"dək (hazırda "BB" səviyyəsindədir) yenidən nəzərdən keçirə və prioritet borcun reytinqini 1 pillə artırmaqla həmin səviyyəyədək çatdıra bilər".
Agentlik ABB-nin davamlılıq reytinqini bir sıra faktorlardan asılı olaraq (məsələn, qalan aktivlərin keyfiyyəti) 1 və ya 2 pillə artıraraq "b-"dən "b"dək və ya "b+"dək çatdıra bilər.