10 Avqust 2015 18:27
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İstənilən peşə sahibi məişət zəminində, yaxud ictimai-sosial zəmində hər hansı konfliktdən, ya da bədbəxt hadisədən sığortalanmayıb”.

Bu fikirləri Teleqraf.com-a “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, biz buna təəssüf etsək də, cəmiyyətin öz qanunları var və o diktə edən tərəfdir: “Yəni, biz vaxtaşırı həmişə hansısa formada bu və ya digər cinayət əməllərinin şahidi olacağıq. Jurnalist peşəsinin daşıyıcıları olaraq bizlər də ən müxtəlif hadisələrlə qarşılaşa bilərik. Çox üzücüdür ki, bu günlərdə bir həmkarımız fiziki zorakılıqla üzləşib və bu cinayət ölümlə nəticələnib. Bu, olduqca faciəvi bir hadisədir və mütləq cinayəti törədənlər layiqli cəzalarını almalıdırlar. Məsələ ilə bağlı ölkə başçısı öz qəti mövqeyini bildirib, müvafiq orqanlara xüsusi tapşırıqlarını verib və bu barədə rəsmi informasiya yayılıb. Azərbaycan Prezidenti bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirərək qeyd edib ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir. Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir”.

H.Babaoğlu əlavə edib ki, Cənab Prezident bundan sonra da Azərbaycanda fundamental insan hüquq və azadlıqlarının, həmçinin söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin şəxsi nəzarəti altında davam etdiriləcəyini bildirib: “Əminik ki, bu cinayət hadisəsi diqqətlə araşdırılacaq və onu törədənlər çox ciddi şəkildə cəzalandırılacaqlar. Biz jurnalistlərin üzərinə düşən ictimai məsuliyyət isə odur ki, həmkarımızın faciəli həyatına hörmət əlaməti olaraq məsələni süni şəkildə siyasi istismar vasitəsinə çevrilməsinə yol verməyək. Təkrar edirəm heç bir cəmiyyət belə xoşagəlməz hadisələrdən sığortalanmayıb”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər