11 Avqust 2015 10:42
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dövlət başçısının baş verən hadisəyə dərhal reaksiya verməsi təbii qəbul olunmalıdır. Cənab Prezident hər zaman Azərbaycan mətbuatının inkişafı üçün çalışıb və ölkəmizdə müstəqil medianın, azad sözün təminatçısı kimi çıxış edib”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, bu baxımdan baş verən hadisə dövlət başçısını ciddi narahat edib və hadisəyə dərhal reaksiya verib: “Bütövlükdə üzücü bir olaydır. Ancaq bu məsələnin siyasiləşdirilməsinin tam əleyhinəyəm. Təəssüflər olsun ki, bəzi qruplar ənənələrinə uyğun olaraq bu hadisədən öz maraqları üçün istifadə etməyə çalışırlar. Kriminal bir hadisəni siyasiləşdirməyə cəhd göstərirlər. Düşünürəm ki, Azərbaycan mətbuatı, ölkə vətəndaşları bu hadisəni obyektiv formada dəyərləndirməyə bacaracaq. Necə ki, bu gün dəyərləndirməyi bacarırlar”.

E.Mirzəbəyli qeyd edib ki, bu hadisə həm kütləvi informasiya vasitələrində çalışan həmkarlarımız, həm də sosial şəbəkədən istifadə edən vətəndaşlarımız üçün həyəcan siqnalı xarakteri daşımalıdır: “Eyni zamanda hüquqi mexanizmlərin dərhal tətbiq olunması üçün çevik addımların atılmasına ehtiyac var. Digər tərəfdən hər kəs yazdığı və dediyi sözün məsuliyyətini anlamalıdır ki, insanların şəxsi həyatına müdaxilə və ya şəxslərin təhqir olunması olduqca acınacaqlı bir hadisələrə yol aça bilər. Jurnalistin missiyası, fəaliyyəti hadisələri obyektiv formada dəyərləndirmək, baş verən hadisə barədə obyektiv məlumat verməkdən ibarətdir. Jurnalist bu və ya digər şəkildə etik normalardan kənarda hər hansı bir formada hərəkət edə bilməz və etməməlidir. Təbii ki, insan ölümünün olması, fərqi yoxdur bu jurnalistdir və başqa peşənin sahibidir, çox üzücüdür. Bu hadisədən hər kəs öz dərsinin götürməlidir”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər