11 Avqust 2015 18:45
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

1 saat 20 dəqiqədən sontra isə qatarların hərəkəti tam bərpa olunub

“Sahil" və “İçərişəhər” metro stansiyalarında qatarların hərəkəti bərpa edilib.

Bunu “APA"-ya açıqlamasında “Bakı metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

"17:02-də baş vermiş problemlə bağlı qatarların hərəkəti dayandırılıb. 1 saat 20 dəqiqədən sonra isə hərəkət tam bərpa olunub", -deyə N.Paşayev vurğulayıb.

***

Bakı Metrosunun "Sahil" stansiyası bağlanıb.

Bakı Metropolitenindən Teleqraf.com-a verilən məlumata görə, qısa müddətə bağlanan stansiyada problemin texniki nasazlıqdan yarandığı bildirilib.

Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, problemə metronun "28 May" və "Sahil" stansiyaları arasında su axınının artması səbəb olub, Hazırda problemin aradan qaldırılması istiqamətində işlər görülür.


Müəllif:

Oxşar xəbərlər