12 Avqust 2015 19:57
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxaql təşkilatların mərhum jurnalist Rasim Əliyevlə bağlı verdiyi bəyanat Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar arasında birmənalı qarşılanmır.

Teleqraf.com xəbər verir ki, bununla bağlı mətbuata açıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, Amnesty İnernationalın və bəzi beynəlxalq təşkilatların veridyi verdiyi bəyanatda qərəzlilik müşahidə edilir:

”Azərbaycan ictimaiyyəti baş vermiş hadisəni məişət hadisəsi olduğunu açıq şəkildə gördü. Bu cür hadisələr ən inkişaf etmiş ölkələrdə belə baş verir. Təhqirə görə bəzən insaları döyürlər və xəsarət yetirirlər. Hansı ölkədə bu baş vermir ki? ABŞ-da, Almaniya da , Fransa da və digər ölkələrdə hər gün təhqirə, söyüşə görə fiziki zorakılıq olur. Bütün düyna telekanlları bu cür xəbərlər yayırlar. Bu təşkilatların verdiyi bəyanat bir daha sübut edir ki, bunlar Azərbaycan dövlətinə qarşı qərəzlidilər. Və fürsətdən isitfadə edirlər. Mərhum jurnalist Rasim Əliyev sosial şəbəkədə idmançını təhqir etidyinə görə, qohumları tərəfindən zorakılığa məruz qalıb və aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. Bir neçə ay bundan qabaq 11 sinif şagirdi də məhz facbook-da təhqir yazdığına görə, dostu tərəfindən qətlə yetirilmişdir. Yəni dediyim odur ki, hər gün bütün ölkələrədə facebook-da təhqir yazdığına görə, döyülür, fiziki zorakılğa məruz qalırlar. Elə bir ölkə yoxdur ki, bu cür faktlar qeydə alınmasın. Heç bir ölkə bu cür hadisələrdən sığortalanmayıb. Rasim Əliyev olayına görə, dərhal Azərbaycan Respublikasının prezidentinin köməkçisi hörmətli Əli Həsənov münasibət bildirdi. Bundan sonra bu hadisəni cənab prezident öz nəzarətinə götürdüyü haqqda məlumatlar verildi. İki gün ərzində jurnalisti döyülməkdə şübhəli bilinən 6 nəfərin hamısı həbsə alındı. Və istintaq gedir. Və bu hadisəyə görə hökümət bütün zəruri addımları atdı.

Kimliyində aslı olmayaraq 6 nəfərin hər biri həbs olunub. Belə də olmalı idi. Biz hüquqi dövlətdə yaşayırıq. Kimsə, kimisə zor tətbiq edə bilməz. Bu yolverilməzdir. Hər kəslə hüququ dildə danışmalıyıq. Hökümətin belə bir münasibəti olduğu halda , yenə də Azərbaycanın əleyhinə olan beynəlxalq təşkilatlar öz çirkin məqsədlərindən istifadə edirlər. Bunu da bütün icitmaiyyət görür. Azərbaycanda inernet və mətbuat azadlığı var. Və bunu heç kim inkar edə bilməz".


Müəllif:

Oxşar xəbərlər