Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddik ilə partiyanın mənzil qərargahında görüşüb.
Görüşdə Azərbaycanla Böyük Britaniya arasında mövcud əməkdaşlıq münasibətləri və əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin, Azərbaycanda parlament seçkilərinə hazırlıq işləri və seçki kampaniyasının gedişindən bəhs edilib. YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov da görüşdə iştirak edib.
Səxavət