Bakı Ağır Cinayətlər Məhkəməsinin avqustun 19-da çıxardığı hökmlə "Sülh və Demokratiya İnstitutu" adlı qurumun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus müvafiq olaraq 8 il 6 ay və 7 il müddətinə azadlıqdan məhrum edildilər.
Xatırladaq ki, sözügedən şəxslərin məhkəməsi bu ilin iyulun 15-də başlamışdı. L.Yunus barəsində ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.
A.Yunus isə ötən il avqustun 5-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib. Onu da qeyd edək ki, bir müddət əvvəl istintaq orqanı tərəfindən hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib.
Heç kimə sirr deyil ki, L.Yunus fəaliyyətinin bütün dövrlərində anti-milli, anti-Azərbaycan mövqeyi ilə tanınıb. Bu şəxs həmişə Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparıb, bu işdə xarici düşmən qüvvələrlə, o cümlədən ermənilərlə də işbirliyindən çəkinməyib. "Hüquq müdafiəçisi" adı ilə maskalanmış L.Yunus Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək və ölkəmizi qara rəngdə göstərmək üçün əlindən gələni edib. O, bu "xidmət"lərinin müqabilində aldığı külli miqdarda vəsait hesabına müxtəlif xarici ölkələrdə mülklər və s. obyektlər əldə edib. L.Yunus və A.Yunusla bağlı keçirilən məhkəmə prosesində onun Türkiyədə, Çexiyada mülklər aldığı, xarici təşkilatlardan verilən qrantları mənimsədiyi faktlar əsasında təsdiqini tapıb.
Qeyd edək ki, A.Yunusun anası erməni, atası isə qarışıq dağıstanlıdır. L.Yunusun isə anası alman, atası isə erməni qarışığı olan şəxsdir. Göründüyü kimi, onları milli zəmində Azərbaycanla bağlayan heç bir amil mövcud deyil. Leyla və Arif Yunusların Ermənistanda, Rusiyanın Krasnodar vilayətində çoxlu erməni qohumları var. Leyla Yunusun erməni qaynı Ramiz Yunus hazırda ABŞ-da yaşayır və erməni lobbisinin Azərbaycana qarşı fəaliyyətində aktiv iştirak edir.
Burada bir maraqlı məqam da var. L.Yunus Elmlər Akademiyasında işlədiyi dövrdə də yalnız digər millətlərin nümayəndələri ilə təmaslarda olub. O, Azərbaycan xalqına, mədəniyyətinə, ümumiyyətlə, "Azərbaycan" anlayışına nifrət edir, Azərbaycan dilini isə söyüş söymək üçün vasitə kimi qiymətləndirir. Bir neçə gün öncə keçirilən məhkəmə prosesi zamanı L.Yunus tərcüməçi tələb etmişdi. Bu, onun Azərbaycan dilinə və ümumiyyətlə, Azərbaycana əsl münasibətinin təzahürü idi. Çünki o özü də etiraf etmişdi ki, Azərbaycan dilində yalnız söyməyi bacarır.
"İstintaq iddiaları sübuta yetirib"
Leyla və Arif Yunus barədə çıxarılan hökmə münasibət bildirən Vətəndaş Cəmiyyəti Koalisiyasının koordinatoru, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov bildirib ki, bu insanların erməni xüsusi xidmət orqanları ilə əlaqələrinin olduğu məlum idi. Onun sözlərinə görə, bunlar kifayət qədər ağır ittihamlar idi: "Çünki biz Ermənistanla müharibə vəziyyətindəyik, torpaqlarımızın 20 faizindən artığı işğal altındadır. Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Xeyli şəhidimiz var və belə bir vəziyyətdə erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmək, Azərbaycan Respublikasına xəyanət etmək, gərəkli informasiyaları erməni tərəfə ötürmək, beynəlxalq qurumlara yalan məlumatlar vermək, onları çaşdırmaq kimi hərəkətlər çox ağır ittihamlar idi. İstintaq orqanları bütün bu ittihamları sübuta yetirdikləri üçün dövlət ittihamçısı onlara bu cür ağır cəza istədi".
Qeyd edək ki, vaxtilə Leyla Yunus ermənilərin xeyrinə casusluq fəaliyyəti ilə məşğul olub. O, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işlədiyi müddətdə ordumuzun əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış foto və video materialları erməni tərəfinə ötürüb. Bunun müqabilində də külli miqdarda pul əldə edib. L.Yunus ayrı-ayrı vaxtlarda Ermənistan, Rusiya və Qərbin xüsusi xidmət orqanları tərəfindən "verbovka" olunub və onun xidmətlərindən Azərbaycana qarşı istifadə edilib. Müdafiə Nazirliyinin qida təchizatı ilə məşğul olan L.Yunus cəbhəyə göndəriləcək məhsulları bazara çıxararaq, bundan əldə etdiyi vəsaitləri Almaniyadakı bank hesablarına köçürüb. Həmin vaxt Prezident Aparatının analitik şöbəsində çalışan həyat yoldaşı Arif Yunus və Nazirlər Kabinetində işləyən qaynı Ramiz Yunus da Azərbaycan haqda məxfi materialları erməni tərəfinə ötürüblər.
Erməni təşkilatından alınan 50.000 avro qrant
Qeyd edək ki, istintaq zamanı o da məlum olub ki, L.Yunusun erməni xüsusi kəşfiyyat orqanları, xüsusilə də 1994-1995-ci illərdə Ermənistanın milli təhlükəsizlik naziri ilə xüsusi münasibətləri olub. L.Yunus erməni dostu Yunus Davidin vasitəsilə 2004-cü ildə Ermənistanın tədqiqatçı Jurnalistlər Təşkilatından 50.000 avro məbləğində iki dəfə qrant alıb. Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Nikolas Danilyansın təlimatına əsasən, Leyla Yunus Azərbaycanda milli zəmində nifaq salmaq, etnik qarşıdurmalar yaratmaq layihəsini həyata keçirib. Leyla Yunusun Rusiya Dumasının erməni deputatı Marina Salyan və ermənipərəst hüquq müdafiəçisi Qalina Staravoytova ilə yaxın münasibətləri də olub. O, Fransanın erməni lobbisi tərəfindən idarə olunan "Artelis Servis" və "Hayqrov Konstaltinq Servis" kimi QHT-lərin əməkdaşları Laura Qumaşyan və Tomas Ledikalsın sifarişləri əsasında davamlı şəkildə Azərbaycandan casus materialları yayıb.
"Azərbaycanı nüfuzdan salmaq üçün əllərindən gələni ediblər"
Bu məsələyə də münasibət R.Qonaqov qeyd edib ki, bütün bu hərəkətlərin cəzası ağır olmalı idi və oldu: "Bu, bir daha onu nümayiş etdirir ki, bu iki şəxs Azərbaycan əleyhinə kifayət qədər casusluq ediblər. Onlar öz ölkələrini dünyada nüfuzdan salmaq üçün əllərindən gələni ediblər. Belə olduğu halda, əlbəttə, kimliyindən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir. Bu, əlbəttə, heç bir azərbaycanlıya yaraşan hərəkət deyil. Torpaqlarımız işğaldan azad edilmədən, müharibə başa çatmadan, bu qədər şəhid qanı töküldüyü bir zamanda belə insanların bu kimi əməllər törətmələri yalnız və yalnız təəssüf doğurmaqla bərabər, öz layiqli cəzasını da almalı idi".
AŞPA-da Azərbaycana müsbət münasibəti ilə seçilən deputatlara qarşı kampaniya
Onu da bildirək ki, L.Yunus Ermənistanın "Region" araşdırma mərkəzi ilə birgə layihə həyata keçirib, "İctimai dialoqlar" adlanan saytda Azərbaycana qarşı "qara piar" kampaniyası aparıb. Həmin saytda Azərbaycanın ərazi bütövlüyü sual altına qoyulub, qondarma "DQR" "müstəqil dövlət" kimi qələmə verilib. L.Yunus ermənilərin dünyanın müxtəlif ölkələrində təşkil etdiyi tədbirlərin fəal iştirakçılarından olub. O, Almaniyanın Esslingen am Neckar şəhərində təşkil edilmiş konfransda çıxış edib, rəhbərli olduğu Sülh və Demokratiya İnstitutunun Əkrəm Əylislinin müdafiəsinə qalxan ilk təşkilat olduğunu fəxrlə bəyan edib.
L.Yunus, həmçinin "Eurovision" mahnı müsabiqəsi ərəfəsində Almaniyaya səfər edərək Azərbaycana qarşı kampaniya aparacaq KİV-lərdən və QHT-lərdən ibarət qrupun formalaşdırılmasında fəal iştirak edib. O, AŞPA-da Azərbaycana müsbət münasibəti ilə seçilən deputatlara qarşı kampaniya həyata keçirib, onlara qarşı ağılasığmaz ittihamlar irəli sürüb. L.Yunus Azərbaycanı müdafiə edən hər bir AŞPA deputatını hədəfə götürməklə ölkəmizi müdafiəsiz qoymaqda maraqlı olduğunu mətbuatda açıq şəkildə bəyan edir və bununla da onun erməni maraqlarına xidmət etdiyi açıq görünür. "Hüquq müdafiəçisi" adı ilə maskalanmış L.Yunus və ona yaxın olan ünsürlər Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək və ölkəmizi qara rəngdə göstərmək üçün əlindən gələni edib.
Çox maraqlıdır ki, L.Yunus öz fəaliyyəti ərzində Azərbaycanm ərazisində terror aktları törətmiş insanlar da daxil olmaqla konkret cinayət törətmiş şəxsləri "repressiya qurbanları" kimi qələmə verib.
Ümumiyyətlə, o, hər zaman faktları təhrif edib, ağ yalan danışıb və öz havadarlarının sifarişi, aldığı rüşvət müqabilində müxtəlif dedi-qoduları xarici anti-Azərbaycan dairələrə ötürüb.
Yunusların məhkəmə prosesində bir məqam da diqqəti cəlb elədi. Bu da onların xəstəliyi ilə bağlı məsələ idi. Hazırkı məhkəmə prosesində özünü xəstəliyə vuran Leyla və Arif Yunuslar daim yerli və xarici həkimlərin nəzarətində olublar və onlarda heç bir ciddi xəstəlik müşahidə edilməyib. İstintaq dövründə səhhəti ilə əlaqədar yerli tibbi xidmətlərlə bərabər Avropa İttifaqının müraciəti əsasında 2014-cü ilin dekabr ayından etibarən Leyla Yunus Almaniyanın "Charite" xəstəxanasının həkimi professor Kristian Vittin və onun rəhbərlik etdiyi həkim qrupunun müayinəsi altında olub. Professor Kristian Vitt hal-hazırda yenə də Azərbaycandadır və Leyla və Arif Yunusa təkrar baxış həyata keçirəcək.
"Erməni milli maraqlarına xidmət etmək məqsədilə ictimaiyyət nümayəndələrini Ermənistana aparırdı"
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı isə bildirib ki, hər iki şəxs, həqiqətən də, Azərbaycanın milli maraqlarını satmış insanlardır: "Bunların uzun illik fəaliyyəti və Azərbaycanın milli maraqlarına zərbə vurmaqla bağlı verdikləri açıqlamalar, gördükləri işlər göz önündədir. Xatırlayırsınızsa, bir neçə il bundan qabaq bu adam "xalq diplomatiyası" adı altında erməni milli maraqlarına xidmət etmək məqsədilə ictimaiyyət nümayəndələrini Ermənistana aparırdı. Yəni, bu artıq QHT sədri kimi erməni diasporunun, erməni dəstəyi qazanmış şəxslərin layihəsini həyata keçirirdi. Bu, artıq anti-Azərbaycan fəaliyyət idi və bu layihə onun özü tərəfindən mətbuatda yayımlanırdı".
N.Orduxanlı qeyd edib ki, bu faktın özü Yunusların Azərbaycanın milli maraqlarını satmış şəxslər olduğu sübut edir.
Müsahibimiz qeyd edib ki, indi həm də L.Yunusu müdafiə edən müxaliflərin radikal kəsimi də utanmalıdr: "Hələ, 1992-93-cü illərdə Leyla Yunusun xaricə xüsusi ötürdüyü gizli kassetlər qeydə alınmışdı. Belə bir adam indi sizin üçün nə dərəcədə önəmli bir "lider"ə çevrilib? Onlar bəzi beynəlxalq təşkilatların xoşuna gəlmək, onların sözçüsü olduqlarını göstərmək üçün bu cür mövqe sərgiləyirlər. Hər halda mən inanıram ki, məhkəmənin verdiyi qərar obyektiv bir qərardır".
Ümumiləşdirdikdə, belə demək olar ki, Leyla və Arif Yunuslar öz anti-milli və cinayətkar fəaliyyətinin acı nəticələrini yaşayır və tam qanunauyğun şəkildə cəzalandırılıblar.