15 Avqust 2015 12:24
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Tələt Şıxəliyev küçəsi, 14 ünvanındakı çoxmərtəbəli yaşayış binasında baş verən yanğında ölən və xəsarət alan olmayıb.

Bunu Trend-ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Oqtay Bayramov deyib.

Onun sözlərinə görə, xoşbəxtlikdən yanğın zamanı mənzildə adam olmayıb: "Yanğın 12-ci mərtəbədəki mənzillərin birində baş verib. Ümumi sahəsi 170 kv.m olan 4 otaqlı mənzilin 3 otağı, mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 135 kv.m sahədə yanaraq yararsız hala düşüb. Yanğın zamanı yuxarı mərtəbələrdən 10 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb”.

Qeyd eədk ki, dəhşəti yanğın dünən axşam saatlarında baş verib. Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadaları ilə yanaşı, təcili yardım briqadaları və polis də cəlb olunub.


Müəllif:

Oxşar xəbərlər