Rusiyanın İrkutsk vilayətində polisi öz qohumunun qətlini sifarişi verən qadını saxlayıb.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, 68 yaşlı qayınana spirtli içki satmasına qadağa qoyan kürəkənini öldürmək üçün killer tutub.
Kürəkən Vladimir qaynanası ilə eyni evdə yaşadıqlarını və əvvəllər münasibətlərinin yaxşı olduğunu deyib. Lakin təxminən bir il əvvəl uşağın dünyaya gəlməsindən sonra ailədə mübahisələr başlayıb.
Mübahisənin yaranmasının əsas səbəbi isə qayınananın evdə spirtli içki satması olub. Buna səbəbdən evə tez-tez əyyaşlar gəlib.
Vladimir isə bunun ailə üçün ciddi təhlükə olduğunu qayanansına bildirib. "Bundan sonra qayınanamın bizə münasibəti dəyişdi. Həyat yoldaşımla mübahisə edir, hər cəhddə onu alçaltmağa çalışırdı", - Vladimir deyib.
Qayınana killer tutaraq kürəkəni Vladimiri aradan götürmək qərarına gəlib.
Bu barədə polisə məlumat verilib. Əməliyyatçılar isə Vladimirin qətli səhnəsini təşkil ediblər.
"Qətlə yetiriləcək" şəxsin şəkli sifarişçi qadına verilib. Daha sonra qadın "Killer"ə vəd etdiyi 10 min rublu verib.
Sövdələşmə başa çatdıqdan sonra polis şübhəli şəxsi saxlayıb. O, İstintaq Təcridxanasına yerləşdirilib. Onun qızı - Vladimirin həyat yoldaşı baş verənləri şərh etməyib. O, yalnız bildirib ki, anasının hərəkətini pisləyir və ədalətli araşdırmaya ümid edir.
Rüstəm