Gələn ilin may ayında Bakıda "Tarixdən bu günə qədər Xəzər hövzəsi" adlı beynəlxalq konfrans keçiriləcək.
Bunu "Report"a açıqlamasında AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov bildirib.
Onun sözlərinə görə, kofransda Xəzər dənizinin problemləri, Türk dünyasındakı rolu, ekologiyası, bugünkü vəziyyəti və perspektivlər müzakirə olunacaq:
"Tədbir Türkiyə və Azərbaycan dövlətlərinin dəstəyi ilə keçiriləcək. Konfransda dünyanın bir çox ölkələrindən nümayəndələrin, eləcə də rəsmilərin iştirakı gözlənilir. Tarixdə ilk dəfə bu qədər çoxsaylı nümayəndələrin iştirakı ilə Xəzər hövzəsinə həsr olunan beynəlxalq konfrans keçiriləcək".