20 Avqust 2015 09:14
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il oktyabrın 16-da Astanada MDB ölkələri dövlət başçıları şurasının növbəti iclası keçiriləcək.

Belarus mətbuatının məlumatına görə, bu barədə MDB İcraiyyə Komitəsinin sədri Segey Lebedev məlumat verib. Toplantıda miqrasiya, cinayətkarlıqla mübarizə, mədəniyyət, fövqəladə halların qarşısının alınması, sərhədlərin müdafiəsi, regional əməkdaşlıq, hərbi sahədə qarşılıqlı fəaliyyətlə bağlı sənədlər qəbul ediləcək.

Oktyabrın 30-da isə Düşənbədə MDB hökumət başçılarının iclası keçiriləcək. Görüşdə 30-dan çox məsələ müzakirə olunacaq.


Müəllif:

Oxşar xəbərlər