Bakı və Sumqayıt qarnizonlarında yerləşən hərbi hissələrin, qoşun növlərinin və xüsusi təyinatlı təhsil məssisələrinin şəxsi heyətlə iş üzrə zabitlərinin xidməti müşavirəsi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, əvvəlcə müşavirə iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin hərbi şəhərcikdəki abidəsini ziyarət edərək qarşısına gül dəstələri qoyublar.
Müşavirəni Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev açaraq Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi ilə əlaqədar görülən işlər və şəxsi heyətlə iş üzrə zabitlərin qarşısında duran vəzifələr barədə danışıb.
Müşavirədə şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi sahəsində görülən işlər, hərbi intizamın təhlili və digər məsələlər barədə çıxışlar dinlənilib.
Yekunda general-mayor R.Əliyev zabitlərin suallarını cavablandırıb, onlara Müdafiə Nazirliyi rəhbərliyinin şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi sahəsində tapşırıq və tövsiyələrini çatdırıb.
Xidməti müşavirənin iştirakçıları şəxsi heyətlə birlikdə nahar ediblər.
Digər hərbi qarnizonlarda da xidməti müşavirələrin keçirilməsi planlaşdırılıb.