Baş ofisi İordaniyanın Amman şəhərində yerləşən əsası 2007-ci ildə Şahzadə Feisal Əl Hüseyn tərəfindən qoyulan Sülhün carcıları təşkilatının proqram rəhbəri Lama Hattab və proqramlar üzrə mütəxəssis Dinesha Suppiah BAMF-ın qonağı Sülhün carcıları təşkilatı aparıcı qlobal qeyri-kommersiya və sülh quruculuğu təşkilatıdır.
Təşkilatın fəaliyyəti gənclərin liderlik perspektivləri, icmanın gücləndirilməsi, fəal tolerantlıq və məsul vətəndaşlıq kimi aspektlərin təşviqini apararaq münaqişələrin dayanıqlı surətdə kökündən həllinə yönəlib. Təşkilatın missiyası geniş miqyaslı münaqişə ocaqlarında dəyişiklik etmək məqsədilə sülh yolu ilə münaqişələrin həlli üçün azad təhsil, idman, incəsənət və dialoq vasitəsilə gənclərin potensialının artırılması və sülh quruculuğu prosesinə cəlb olunmasıdır.
BAMF-ın sədri Umud Mirzəyev və təşkilatın işçi heyətinin iştirakı ilə baş tutan görüşdə bir sıra sülhyönümlü fəaliyyətlərin Azərbaycanda təşviqi mövzusu müzakirə olunub, gələcəkdə könüllülük proqramları və gənclər üçün liderlik fəaliyyətləri təşkil etməklə cəmiyyətdə tolerantlığı və fəal iştirakçılılığın təmin edilməsinə dair fikir mübadiləsi aparılıb.
Fonddan Teleqraf.com-a verilən məlumata görə, iki təşkilat arasında yerli və beynəlxalq səviyyədə sülhün təmin olunması məqsədilə gələcək əməkdaşlıqdan söhbət açılıb.
Görüşdə Dağlıq Qarabağ problemindən də bəhs edən BAMF-ın sədri konfiliktlərə obyektiv yanaşılmada düzgün informasiyanın əsas rol oynadığını vurğulayıb.
Gələcək fəaliyyətlərin həyata keçirilməsində bu nüansın diqqətdə saxlanılacağı, sülh yönümlü fəaliyyətləri qaçqın və məcburi köçkün insanlar arasında həyata keçirərək onların cəmiyyətdə aktiv iştirakçılığına yardım etmək razılığına gəlindi.
Görüş zamanı BAMF-ın sədri Umud Mirzəyev qonaqları təşkilat haqqında məlumatlandırıb və təşkilatın fəaliyyətlərini əks etdirən video material izlənilib.
Sonda qonaqlar görüşün onlarda Azərbaycanda icra edəcəkləri proqramlara dair yeni innovativ ideyalar formalaşdırdığını, BAMF-ın bütün fəaliyyətlərini yüksək qiymətləndirdiklərini və ən əsası da Azərbaycanda icra edəcəkləri fəaliyyətlər zamanı təşkilatın təcrübəsindən yararlanacaqlarını qeyd ediblər.
BƏXTİYAR