Uzun müddətdir ki, yolun hərəkət hissəsi sıradan çıxmış Yasamal rayonu Əhməd Cəmil küçəsinin bir hissəsi təmir olunaraq tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.
“Azəryolservis” ASC-dən Teleqraf.com-a verilən məlumata görə, Bəxtiyar Vahabzadə, Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında yerləşən yolun ümumi uzunluğu 1200, ortalama eni isə 12 metrdir. Təmir-tikinti işləri yolun Bəxtiyar Vahabzadə və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasındakı olan hissəsində, 520 metrlik ərazidə aparılıb. Burda köhnə asfalt-beton örtüyünün üst qatı yeni örtüklə əvəzlənib. Sözügedən ərazinin təqribən 6500 kvadrat metrlik hissəsinə yeni asfalt-beton örtüyü döşənib.
Bundan başqa Əhməd Cəmil küçəsində köhnə səki daşlarının sökülərək yeniləri ilə əvəzlənir. Bura ümumilikdə 2500 paqon-metr yeni səki daşı düzüləcək. Təmir işləri zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları da dəyişdirilib.
Hazırda küçənin digər hissəsində, daha dəqiqi Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında olan ərazidə təmir-tikinti işləri davam etdirlir. Ərazi yeni asflat-beton örtüyünün döşənməsi üçün artıq hazır vəziyyətə gətirilib. Ümumilikdə Əhməd Cəmil küçəsinin 14500 kvadrat metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi planlaşdırılır.
Təmir işləri ilə əlaqədar yaranmış müvəqqəti narahatlığa görə, “Azəryolservis” ASC üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
İLHAMƏ