25 Avqust 2015 16:43
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqust 25-də Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkunu qəbul edib.

Görüşdə Kəmaləddin Heydərov Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda fəaliyyətini başa vurmuş keçmiş hərbi attaşesi, general-leytenant Hasan Nevzat Taşdelerin iki qardaş ölkə arasında əlaqələrin daha da gücləndirilməsinə verdiyi töhfəni xüsusi olaraq vurğulamış, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir İsmayıl Alper Coşkun Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki yeni hərbi attaşesi, general-mayor İhsan Başbozkurtu təqdim edib.

Fövqəladə hallar naziri bildirib ki, Türkiyə müvafiq dövlət qurumları ilə fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq yüksək səviyyədədir və bu əlaqələrin daha da gücləndirilməsi üçün geniş perspektivlər mövcuddur.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər