26 Avqust 2015 11:13
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il sentyabrın 4-də saat 11:00-da Qəbələ rayon prokurorluğunun inzibati binasında Qəbələ, Şəki, Qax, Balakən, Oğuz və Zaqatala rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.

Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Qəbələ şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər