Bu gün səhər saatlarında Azərbaycanın bir sıra bölgələrində zəlzələ olub. AMEA Respublika Seysmoloji Xİdmət mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 09:49:36-da Şəki ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 4 bala qədər hiss olunub.
Şəki sakinlərinin veridyi məlumata görə, sakinlər küçələrə çıxıb, zəlzələnin təkrarlanacağından ehtiyatlanırlar.
Bəzi binalara zərər dəydiyi bildirilir.