Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarında daha iki əsgərini itirib.
Publika.az “news.am” saytına istinadən xəbər verir ki, sentyabrın 4-də qoşunların təmas xəttində baş verən atışmada hərbçilər Marat Xaçanyan və Arman Stepanyan öldürülüb.
Məlumata görə, erməni əsgərləri müqaviləli əsaslarla xidmət ediblər.