8 Sentyabr 2015 15:49
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyi (İsTAD-İstanbul) İdarə Heyətinin üzvləri sentyabrın 11-dən 16-dək Azərbaycanda səfərdə olacaqlar.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycanla Türkiyə arasındakı dostluq, qardaşlıq və həmrəylik bağlarını gücləndirmək məqsədilə Azərbaycana gələn diaspor nümayəndələri müxtəlif bölgələri ziyarət edərək Gəncə, Şəki, Bakı və Qubada Qafqa İslam Ordusunun Azərbaycana daxil olmasının 97-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etməyi planlaşdırır.

Səfərin məqsədi Azərbaycanın mədəni və tarixi yerlərini dünyaya tanıtmaq, sentyabrın 15-də – Bakının işğaldan azad olunmasının 97-ci ildönümündə Azərbaycanın qurtuluşunda şəhid olan soydaşlarımızın xatirəsini anaraq Azərbaycan-Türkiyə qardaşlığının güclənməsinə töhfə verməkdir.

Səfər proqramında Gəncə, Şəki, Bakı və Qubanın tarixi yerlərini gəzmək, Bakıda, Şəhidlər Xiyabanını, Fəxri xiyabanı ziyarət etmək və sonda mətbuat konfransı keçirmək nəzərdə tutulub.

İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyinin sədri Səfər Qaraqoyunlunun rəhbərlik etdiyi 18 nəfərlik nümayəndə heyətinə Orhan Çərkəz, Nebahat Kirman, Nuray Günay, Bahattin Miral və başqaları daxildir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər