Binəqədi rayonu Abay Kunanbayev küçəsi təmir olunaraq sürücülərin ixtiyarına verilib.
“Azəryolservis” ASC-dən verilən məlumata görə, təmir işləri ümumilikdə küçənin 700 metrlik hissəsində aparılıb. Burda zəruri olan yerlərdə yol yatağı bərkidilib, köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb. Daha sonra küçənin 6300 kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Təmirdən sonra küçə tam yeni görkəm alıb.
Sözügedən küçədə təmir işləri Bakıda və regionlarda nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən “Azəryolservis” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində aparılıb.
Hazırda paytaxtın bir-neçə küçə və prospektlərində də bu çərçivədə təmir-tikinti işləri davam etdirilir. İşlər tərtib olunmuş qrafikə əsasən aparılır və vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə, texnika cəlb olunub.
İLHAMƏ