10 Sentyabr 2015 12:43
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dünyanın əksər regionlarında sosial, iqtisadi və siyasi problemlər qabarıq şəkildə özünü büruzə verir. Dünyada dərin iqtisadi və maliyyə böhranı, xüsusilə, Avrasiya məkanında daha ciddi formalar alıb.

Artıq bir xeyli vaxtdır ki, istər Avropada, istərsə də Asiyada iqtisadi tənəzzül müşahidə olunur. Lakin iqtisadi böhrana, siyasi və sosial kataklizmlərə baxmayaraq, Azərbaycan bu coğrafiyanın “sabitlik adası” kimi qalmaqdadır. Dünyada cərəyan edən son hadisələr Azərbaycanda uğurlu və həyati qabiliyyətli siyasi və iqtisadi modelin olduğunu göstərdi.

“Azərbaycan iqtisadiyyatında artım tendensiyası dəyişməyib”

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, ekspert Vüqar Bayramov bildirib ki, Prezident İlham Əliyev 2014-cü ilin sonlarında məhz 2015-ci ilin dünya və region üçün asan olmayacağı ilə bağlı proqnoz vermişdi. Onun sözlərinə görə, 2015-ci ilin ötən dövrü göstərir ki, ölkə Prezidentinin proqnozlaşdırdığı kimi cari il, nəinki region, eyni zamanda, dünya üçün asan olmayacaq: “Nəzərə alsaq ki, artıq dünyanın aparıcı ölkələrində belə problemlər müşahidə edilir, böhran var. Bu, təbii ki, təkcə Çinlə məhdudlaşmır. Eyni zamanda, digər Avropa ölkələrində belə iqtisadi böhran müşahidə edilməkdədir. Neftin dünya bazarında qiymətinin də aşağı düşdüyünü nəzərə alsaq, bu kontekstdə məhz Azərbaycan iqtisadiyyatının neftin qiymətinin aşağı düşməsindən və regional çətinliklərdən sığortalanması müşahidə edilir. Yəni, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatında artım tendensiyası dəyişməyib. Bu artım daha çox qeyri-neft sektorunun hesabına təmin edilib. Azərbaycanda karbohidrogen ehtiyatlarının hasilatı və nəqli, investisiya layihələri uğurla həyata keçirilməkdədir. Azərbaycan xarici sərmayələrə yüksək səviyyədə təminat verən ölkə kimi dünyada olduqca müsbət imicə malikdir. Azərbaycan xarici investisiyalar üçün cəlbediciliyini qoruyub saxlayır”.

Qeyd edək ki, iqtisadiyyatın qeyri-neft sektorunun, xüsusən inşaat, turizm, yüngül sənaye, rabitə və informasiya texnologiyaları və aqrar sahələrin inkişafı Azərbaycanın idxaldan asılılığını azaldır, ölkənin ixrac potensialını gücləndirir. Makroiqtisadi sabitliyin qorunması, düzgün monetar siyasətin yürüdülməsi nəticəsində kəskin kataklizmlər Azərbaycan bank-maliyyə sektoruna ciddi təsir göstərməyib, milli valyutanın məzənnəsinin düzgün tənzimlənməsi onu neqativ təsirlərdən qoruyub, makroiqtisadi sabitlik təmin olunub. Əminliklə demək olar ki, Azərbaycan iqtisadiyyatı dünyada müşahidə olunan ağır problemlərin öhdəsindən layiqincə gəlib ki, bu da qarşıdan gələn dövrdə yeni iqtisadi uğurların əldə ediləcəyinə zəmanət verir.

“Sosial layihələrin maliyyələşdirilməsində çətinlik olmadı”

V.Bayramov qeyd edib ki, Azərbaycan dövlət büdcəsində xüsusən sosial ehtiyacların yerinə yetirilməsində hər hansı çətinliklərlə üzləşməyib: “2015-ci ilin geridə qalan aylarında sosial layihələrin maliyyələşdirilməsində hər hansı çətinlik olmadı, əmək haqqı və pensiyaların vaxtlı-vaxtında verilməsi həyata keçirildi. Bu isə o deməkdir ki, Azərbaycan sosial baxımdan dünyada baş verən iqtisadi dəyişikliklərin və ya çətinliklərin təsirlərinə məruz qalmadı”.

“Dünyanın bir çox yerlərində yeni münaqişə ocaqları yaranıb”

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov isə bildirib ki, Prezident İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə çox vacib məqamlarla yadda qaldı. O qeyd edib ki, dövlət başçısı aidiyyatı strukturlara hökumətin gələcək fəaliyyətini hansı istiqamətdə qurması, Azərbaycanda başlanan tikinti, quruculuq və abadlıq işləri, islahatların həyata keçirilməsi, yeni iş yerlərinin açılması, sosial layihələrlə bağlı proqramların yerinə yetirilməsi, investisiya layihələri ilə bağlı birbaşa tapşırıq və tövsiyələrini verib: “Bütün aparılan və görülən bu işlərin hamısı əhali, xalq, cəmiyyət üçündür.

Müşavirədə də qeyd olunduğu kimi dünyada, regionda baş verən hadisələr və səbəbi bizdən asılı olmayan iqtisadiyyatda baş verən müxtəlif təlatümlər, təbii ki, Azərbaycandan da yan keçmir. Çünki ölkəmiz hər hansı bir adada deyil, əksinə bu dövlətlərlə ünsiyyətdədir və onlarla iqtisadi, ticari, nəqliyyat dövriyyələri var. Əgər Avropada, Yaxın Şərqdə, post-sovet məkanında hər hansı bir hadisə baş verirsə, istər-istəməz bizdən asılı olmayan səbəblərdən ölkəmizə də təsir edir. Ümumiyyətlə, elə hallar baş verir ki, biz nə qədər istəsək də, onun tərəfimizdən qarşısı alına bilməz. Çalışırıq ki, bu kimi hallar Azərbaycan vətəndaşına, ölkəmizdə yaşayan insanlara təsirsiz ötüşsün. Vaxtilə Azərbaycanda qoyulan iqtisadi inkişaf strategiyası, qeyri-neft sektorunun inkişafı və bununla bağlı olan digər xidmət sahələrinin inkişaf etdirilməsi, neftdən gələn gəlirlərin Azərbaycanın infrastruktur layihələrinə cəlb olunması bizi digər ölkələrdən xeyli qabağa saldı. Nəticə etibarilə bu müddət ərzində Azərbaycanda neçə onilliklərlə görülməyən işlər görüldü və başa çatdırıldı. Biz bu gün dünyaya nəzər salsaq görərik ki, stabil dövlətlərin dağıdılması, orada yaşayan xalqların iradəsi ilə deyil, əksinə kənar güclərin həmin dövlətlərin təbii sərvətlərinin mənimsənilməsi və öz maraqlarına xidmət etməsinin nəticəsində yaradılan süni konfiliktlər bu gün Avropadan da yan keçmir. Yəni, Avropanın özünə aid olmayan və başqa ölkələrin daxili işlərinə qarışmaq prosesinin nəticəsi olaraq bu gün dünyanın bir çox yerlərində yeni-yeni münaqişə ocaqları yaranıb. Təbii ki, bu, getdikcə davam olunmaqdadır. Əgər vaxtilə ”soyuq müharibə" bitənədək bir münaqişə ocağı var idisə, bu güн İsrail-Fələstiн müнaqişəsi çox-çox geridə qalır və oнdaн qat-qat böyük miqyaslı insanlara, ölkələrə ziyan verən, dövlətləri parçalayan və s. süni münaqişələr yaranıb. Bizlər də bunun şahidiyik. Bu xaosun qarşısı alınmasa, bundan sonra daha böyük fəlakətlər gözlənilə bilər və gözlənilməkdədir".

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər