Bu gün Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidməti Aparatında Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkunla görüşüb.
DSX-nın mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, Görüşdə Alper Coşkun ölkəsinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi general-mayor İhsan Başbozkurtu təqdim edib. DSX rəisi hərbi attaşeni yeni təyinatı ilə əlaqədar təbrik edib və Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycanın Dövlət Sərhəd Xidməti arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Söhbət əsnasında DSX ilə Türkiyə Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və gələcək əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Görüş zamanı E.Quliyev həmçininTürkiyədə son zamanlar törədilmiş terror aktları nəticəsində çoxsaylı hərbçilərin şəhid olması və yaralanması xəbərinə dərindən kədərləndiyini izhar edib, baş vermiş hadisələrlə əlaqədar dərin hüznlə baş sağlığı verdiyini, yaralananların tezliklə sağalmasını dilədiyini vurğulayıb.
Bəxtiyar