Bakıda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) regional ofisinin açılışı olub.
Teleqraf.com-un məlumatına görə, açılış mərasimində Dövlət Gömrük Komitəsinin sədir Aydın Əliyev və INCU-nun qurucusu və prezidenti Devid Vidouson iştirak edib.
A.Əliyev deyib ki, INCU 10 ildir gömrük xidmətlərinin problemləri və bu sahədə təhsilin inkişafı ilə məşğul olur: "Fiziki şəxslər, tanınmış alimlər və iri universitetlər, o cümlədən Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası şəbəkənin üzvləridir".