12 Sentyabr 2015 12:19
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən etibarən nаmizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilməsinə başlanır.

Teleqraf.com-un məlumatına görə, noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri ilə bağlı Təqvim Planına əsasən, namizədin seçki sənədlərini özü və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi təqdim edə bilər.

İmza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərarın qəbul edilməsinə dairə seçki komissiyasında sənədlər qəbul edildikdən sonra 7 gün müddətində qərar verəcək. Proses oktyabrın 2-si saat 18:00-da yekunlaşacaq.


Müəllif:

Oxşar xəbərlər