12 Sentyabr 2015 14:18
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkunla görüşüb.

Dövlət Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə səfir Türkiyənin Azərbaycanda yeni təyin olunmuş hərbi attaşesi general-mayor İhsan Başbozkurtu E.Quliyevə təqdim edib.

DSX-nin rəisi hərbi attaşeni yeni təyinatı ilə əlaqədar təbrik edərək bildirib ki, Türkiyə Silahlı Qüvvələri ilə ikitərəfli əlaqələrin hazırki vəziyyəti qanedici səviyyədədir.

Görüşdə gələcək əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.


Müəllif:

Oxşar xəbərlər