15 Sentyabr 2015 12:52
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azəri-Türk Qadınlar Birliyi, Aşıq Şəmşir Mədəniyyət Ocağı, Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi və Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı ilə “15 sentyabr 1918-ci ildə Nuru paşanın komandanlığında Türk-İslam ordusunun Bakını işğaldan azad etməsi” mövzusunda tədbir keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə Türkiyə-Azərbaycan Kültür Dərnəyinin nümayəndələri iştirak edib.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı qeyd edib ki, 15 sentyabrla bağlı nə qədər işlər görülsə də, azdır. O, bu gözəl gün münasibətilə Türkiyədən İstanbul-Azərbaycan Türk Dayanışma Dərnəyinin başqanı Səfər Qaraqoyunlunun rəhbərliyi ilə nümayəndə heyətinin də Bakıya gəldiyini deyib: "Onu da qeyd edim ki, Türkiyədə Ənvər və Nuru Paşaya baxış bucağı eyni deyil. Belə ki, Sarıqamış hadisələrində Ənvər Paşanı günahlandırırlar. Hesab edirəm ki, bu mübahisə araşdırmaçıların işidir. Biz Ənvər Paşanı, Nuru Paşanı, eləcə də Kazım Qarabəkir Paşanı hər zaman qəhrəman kimi qəbul edəcəyik. Əgər bu gün Qafqazda Azərbaycan və azərbaycanılar varsa, biz bunun üçün 1918-ci ildə dövlətimizin, millətimizin uğrunda şəhid olanlara borcluyuq".

Tədbirdə Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri İsmayıl Ağayev, İstanbul-Azərbaycan Türk Dayanışma Dərnəyinin başqanı Səfər Qaraqoyunlu və digərləri çıxış ediblər.

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər