Sentyabrın 15-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Bilik Günü” münasibətilə tədbir keçirilib.
Tədbirdə fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, nazirliyin nümayəndələri, akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar iştirak edib.
Əvvəlcə, tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Akademiyanın həyətində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyublar.
Sonra nazir müavini Faiq Tağı-zadə kursantları təbrik etmiş, yeni tədris ilində onlara uğurlar arzulayıb.
Akademiyanın rəisi general-mayor Pənah Süleymanov çıxış edərək bildirib ki, açılışında Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi FHN Akademiyasının binası növbəti tədris ilində yeni kursantları qəbul edir. Dövlət başçısının yüksək qayğısı ilə əhatə olunmuş gənclər bu ali təhsil ocağında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində zəngin bilik və bacarıqlara yiyələnəcəklər.
FHN Akademiyasına yüksək balla qəbul olunmuş kursant Nicat Bayramlı çıxış edərək Azərbaycan R Prezidenti İlham Əliyevə təhsilə göstərdiyi yüksək diqqət və qayğıya görə kursantlar adından təşəkkürünü bildirib.
Sonra 2014-2015-ci tədris ilində “Ən yaxşı tədris tağımı” müsabiqəsinin qalibi olmuş tağım FHN Akademiyasının bayrağını meydana gətirib və kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.
İLHAMƏ