15 Sentyabr 2015 17:22
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səfirlik: “Nahid Cəfərovun fəaliyyətinə xitam verilib”

Azərbaycanın Niderland Krallığındakı səfirliyi açıqlama yayıb. Açıqlamada deyilir:

“Son zamanlar mətbuatda Azərbaycanın Niderland Krallığındakı səfirliyinin üçüncü katibi Nahid Cəfərovun diplomatik xidmətdə fəaliyyətinə xitam verilməsi barəsində məlumat bəzi bloq və ya portallar tərəfindən təhrif olunmuş formada təqdim edilib. Bildiririk ki, səfirliyin üçüncü katibi N.Cəfərovun (ona eyni zamanda konsulluq məsələləri də həvalə olunmuşdu) Xarici İşlər Nazirliyindəki fəaliyyətinə qanunun tələblərinə uyğun olaraq xitam verilib və sözügedən şəxs artıq Azərbaycanın Niderland Krallığındakı səfirliyində çalışmır.

Xaricdəki diplomatik nümayəndəliklərin əməkdaşlarının ümumi siyahısında Niderlanddakı səfirliyin əməkdaşı kimi N.Cəfərovun adının göstərilməsinə gəldikdə isə bildiririk ki, rotasiya qaydalarına uyğun olaraq dövrü əsasda bu siyahı yeniləşdirilir. Bəzi bloq və ya portalların 2015-ci ilin əvvəlinə aid köhnə siyahıya istinad edərək, ictimaiyyətə yanlış məlumat vermək cəhdləri düzgün deyil. Diplomatik xidmətdə fəaliyyətinə xitam verilmiş hər bir şəxs kimi N.Cəfərov da öz yaşayış yerini seçməkdə sərbəstdir”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər