16 Sentyabr 2015 16:43
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Parlement seçkilərində iştirak etmək üçün 665 nəfər müraciət edib, onlardan 338 nəfəri partiyalar, 25-i blok, 3 nəfər təşəbbüs qrupu, 300 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb”.

Teleqraf.com-un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, namizədliklərini irəli sürən şəxslərdən 508 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub, 399 nəfərə isə imza vərəqi verilib.

M.Pənahov qeyd edib ki, seçkiləri izləmək üçün 96 nəfər müşahidəçilik üçün müraciət edib, onlardan 86-sının namizədliyi öz təşəbbüsü, 9 nəfəri isə qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülüb.


Müəllif:

Oxşar xəbərlər