Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran İslam Respublikasının Ticarət, Sənaye və Mədən Nazirliyinin nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə K.Heydərov bildirib ki, iki dost və qonşu ölkənin nazirliklərinin nümayəndə heyətlərinin səfərləri qarşılıqlı faydalı əməkdaşlığa yeni töhfələr verir. Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlərdən, bu sahədə İran İslam Respublikasının müvafiq qurumları ilə məhsuldar əməkdaşlıqdan bəhs edən nazir əlavə edib ki, əlaqələrimizi daha da genişləndirmək üçün böyük potensial mövcuddur.
Nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikasının ticarət, sənaye və mədən nazirinin müavini Mehdi Kərbasian dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirib, onun təmsil etdiyi nazirliyin Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi ilə uğurlu əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.