Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. İclasda “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin Yeni Azərbaycan Partiyası tərəfindən MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzv təsdiq edilməsi məsələsi müzakirə olunub. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
İclasda çıxış edən MSK katibi Arifə Muxtarova Azərbaycan Demokrat Partiyasının səlahiyyətli namayəndələrinin qeydiyyatının ləğv edilməsi üçün MSK-ya müraciət etdiyini bildirib. A.Muxtarova ADP-nin parlament seçkilərində iştirakdan imtina etdiyini və bununla bağlı səlahiyyətli nümayəndələrini geri çağırdığını bildirib. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
İclasda Milli Məclisə seçkilərlə əlaqədar ilk 8 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Bunu isə iclasda MSK sədri Məzahir Pənahov deyib.
M.Pənahov indiyə qədər 923 nəfərin deputatlığa namizədliyinin irəli sürüldüyünü nəzərə çatdırıb. Məlum olub ki, 923 nəfərdən 388 nəfərin namizədliyi fərdi qaydada, 3 nəfərin namizədliyi təşəbbüs qurupu, 34 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku, 498 nəfərin namizədliyi isə 13 partiya tərəfindən irəli sürülüb.
Namizədliyi irəli sürülənlərdən 720 nəfərin namizədliyini irəli sürməsi təsdiqlənib, 583 nəfərə imza vərəqi verilib. İndiyə qədər 39 nəfər imza vərəqini dolduraraq geri qaytarıb və bunlardan da 8 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
İclasda Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlının müraciəti də müzakirəyə çıxarılıb. Müraciət barədə MSK katibi Arifə Muxtarova məlumat verib. S.Soltanlı müraciətində deputatlığa namizədliyinin irəli sürüldüyü 50 saylı Abşeron-Qobustan Seçki Dairəsində imza toplanması zamanı təzyiqlərlə üzləşdiyini bildirib.
MSK sədri Məzahir Pənahov qanunvericiliyin tələbinə uyğun olaraq müraciətə öncə müvafiq dairə seçki komissiyasında baxılmalı olduğunu bildirib. Məsələ səsverməyə çıxarılıb və S.Soltanlının müraciətinin aidiyyəti üzrə baxılması üçün 50 saylı Abşeron-Qobustan Dairə Seçki Komissiyasına göndərilməsi barədə qərar qəbul edilib.
Səxavət