Qazaxıstanın Atırau şəhər məhkəməsi qanunsuz balıq tədarükü ilə məşğul olan gizli sexin sahibi barədə qərar çıxarıb.
“Report” “Kazinform”a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı olan sex müdiri məhkəmənin qərarı ilə 40 min təngə məbləğində cərimə edilib.
Onun müəssisəsində 4 ton qanunsuz tədarük olunmuş balıq aşkarlanıb.
“Su polisi əməkdaşları gizli sexi yazda şəxsi evlərdən birinin həyətində aşkar ediblər. Balıq tədarükü ilə Azərbaycan vətəndaşı məşğul olub. Təhqiqat müddətində o ev dustağı olub. Məhkəmə müttəhimə 40 min təngə cərimə kəsib”, - deyə Daxili İşlər Departamentinin mətbuat katibi Gülnazirə Muxtarova məlumat verib.
Xatırladaq ki, gizli sexdə artıq göndərilməyə hazır olan 4 ton qurudulmuş balıqdan savayı, duzlanma və yuyulma üçün 250 litir tutumu olan qab və vannalar aşkar edilib.
Faktla bağlı cinayət işi açılıb.