23 Sentyabr 2015 13:37
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Monreal şəhərində 1918-ci ildə Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etməsinin 97-ci ildönümü münasibətilə Azərbaycan icması tərəfindən tədbir keçirilib. Bu barədə Azərbaycanın Kanadadakı səfirliyindən məlumat verilib.

Azərbaycan və türk diasporunun təmsilçilərinin qatıldığı tədbirdə çıxış edən Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli bildirib ki, ölkəmizin Kanadada təbliğində diaspor təmsilçiləri həlledici rol oynamalıdır. Müvəqqəti işlər vəkili diaspora nümayəndələrini ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq, eləcə də milli mədəniyyətimizin Kanadada təbliği işində fəallıq və birlik nümayiş etdirməyə çağırıb, burada şəxsi maraqlar və siyasi baxışların kənara qoyulmasının mütləq olduğunu vurğulayıb.

Daha sonra 97 il öncə Bakının azad olunmasında Osmanlı türklərindən təşkil olunmuş Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun şücaətləri barədə danışan Monrealdakı Azərbaycan icmasının rəhbəri və tədbirin təşkilatçısı Məsud Əliyev həmin günün Azərbaycan xalqının tarixində ən şərəfli səhifələrdən biri olduğunu vurğulayıb, o dövrün hadisələri barədə qısa məlumat verib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər