24 Sentyabr 2015 12:37
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un elektron poçtuna maraqlı məlumat daxil olub. Asif Niftəliyev adlı Bakı-Sumqayıt qatarının sərnişini bizə ünvanladığı məktubu olduğu kimi dərc edirik.

"20 sentyabr 2015-ci ildə sosial şəbəkələrdə “Yolu səhv saldı, Siyəzənə getdik...” başlıqlı yazım geniş müzakirələrə səbəb olmuşdur.

Bu ğün “Azərbaycan Dəmir Yolları” QSC-yə dəvət olundum və mənə Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət xətti barədə ətraflı məlumat verildi. Səhvimi anladım, elektrik qatarının həqiqətən də Sumqayıt sərnişin stansiyasına getdiyinə əmin oldum və öz statusumda səhvimi etiraf etdim: “Bu gün 23.09.2015 tarixində məni 19.09.2015 tarixində Bakı-Sumqayıt qatarı haqqında paylaşdığım statusla əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC dəvət elədilər və həmin gün qatarın getdiyi güzərgahı bütün təfərrüatı ilə göstərdilər və mənə aydın oldu ki, mənim Siyəzən sandığım stansiya əslində Sumqayıt Baş Stansiyası olub. Orda qatarın 15 dəqiqə dayanmağının səbəbini maşinistin yer dəyişməsi üçün keçən müddət olduğunu bildirdilər. Bundan sonra isə qatar Sumqayıt sərnişin stansiyasına gəlib. Buna görə “Azərbaycan Dəmir Yolları” QSC-dən üzr istəyirəm”.


Müəllif:

Oxşar xəbərlər