“Məkkədə faciə baş verən ərazidə təxminə 3 milyon zəvvar olub”.
Dünən axşam şeytanı daşlamaq üçün daş toplayan zəvvarlar bu gün səhər Mina dağına yola düşüblər. Onlar səhər saatlarında böyük şeytanın daşlanması əməlini yerinə yetiriblər. Günorta namazına yaxın böyük izdiham yaşanıb. Zəvvarların sıxlıqda bir-birini itələməsi nəticəsində onlardan bəziləri yıxılıb, nəticədə bədbəxt hadisə baş verib: “Hava istidir, namaz vaxtı olduğundan küçələr bağlıdır və bu səbəbdən təcili tibbi yardım maşınları əraziyə gələ bilmir. Düşərgədə olan jurnalistlərin əraziyə getməsinə icazə vermirlər. Ölənlərin sayının artacağı bildirilir”.
Hazırda ərazidə olan Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi bildirib ki, ölənlərin arasında azərbaycanlı yoxdur. Həmin vaxt orada Qazaxıstan və Qırğız Respublikasından ziyarətə gedən zəvvarlar çoxluq təşkil edib.
APA