Bu gün Dağlıq Qarabağdakı təmas xəttində Azərbaycan tərəfinin açdığı atəşlə daha 4 erməni hərbçisi məhv edilib.
Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, hadisə sentyabrın 25-də, axşam saatlarında baş verib.
Nəticədə işğalçı qüvvələrin qulluqçuları – Norayr Xaçatriyan (1995), Robert Mkrtçyan (1995), Arut Akopyan (1997) və Karen Şaqinyan dünyasını dəyişib.
Erməni tərəfi itkilərini rəsmən təsdiqləyib.