Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərovun noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi rəsmən qeydə alınıb.
Mərkəzi Seçki Komissiyasından (MSK) Teleqraf.com-a daxil olan xəbərə görə, Fəttah Heydərov namizədliyini 116 saylı Qəbələ seçki dairəsindən irəli sürüb.
Qeyd edək ki, Fəttah Heydərov 1995, 2000, 2005 və 2010-ci il deputat seçkilərində iştirak edərək qalib olub.
Hakim Yeni Azərbyacan Partiyası (YAP) Fəttah Heydərovun namizədliyini irəli sürdüyü dairədən heç kəsin namizədliyini verməyib.
Xalq artisti, deputat Zeynəb Xanlarovanın da namizədliyi qeydə alınıb. Xanım deputation namizədliyi 50 saylı Abşeron-Qobustan seçki dairəsindən qeydə alınıb.
Xatırladaq ki, YAP 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən də namizəd irəli sürməyib.
Z.Xanlarova Azərbaycan SSR Ali Sovetinin XI-XII çağırış deputatı olub. O, 1995-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır.
Nərgiz