28 Sentyabr 2015 21:39
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 1-də Bakıda Almaniya səfirliyi tərəfindən Alman Birliyi Günü ilə bağlı tədbir keçiriləcək.

Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Məlumata görə, tədbirdə Azərbaycan hökumətinin nümayəndələri, iqtisadiyyat, vətəndaş cəmiyyəti, mətbuat və diplomatik korpus təmsilçiləri daxil olmaqla, 500 qonağın iştirakı gözlənilir.

Qeyd edək ki, Alman Birliyi Günü 3 oktyabr 1990-cı ildə şərqi və qərbi Almaniyanın yenidən birləşməsinin rəmzidir. Bu il Almaniya birlikdə və azad yaşayışın 25 illiyini qeyd edəcək.

Səxavət


Müəllif:

Oxşar xəbərlər