29 Sentyabr 2015 00:09
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ruhi xəstəliyi olan ata 5 azyaşlı övladını öldürüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Tailandın Çianq Mai şəhərində baş verib.

Öldürülən uşaqlar 5-8 yaşlarında olub. Məlumatlara görə, ata qətli mətbəx bıçağı ilə törədib. Hadisə zamanı evdə olan uşaqların anası 24 yaşlı hamilə qadın da yaralanıb.

Qonşuların bütün cəhdlərinə baxmayaraq, hadisənin qarşısını almaq mümkün olmayıb.

Samir


Müəllif: