1 Oktyabr 2015 12:21
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə "Hurriyət" qəzetinin yazarı Ahmet Hakan İstanbuldakı evinin önündə 4 nəfərin hücumuna məruz qalıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ciddi bədən xəsarətləri alan yazar xəstəxanaya çatdırılıb. Cinayətkarlar hadisə yerindən gəldikləri "Toyota" markalı avtomobil ilə uzaqlaşıb.

Gecə boyu davam edən əməliyyatlar zamanı cinayətkar dəstənin üzvləri saxlanılıb. Araşdırmalar nəticəsində cinayətdə istifadə olunan avtomobilin kirayəyə verildiyi aşkarlanıb.

Yayılan məlumatlara görə, bir müddət əvvəl Ədalət və İnkişaf partiyasının İstanbuldan olan millət vəkili Əbdürrəhim Boynukalın Hakanı təhdid edib. Polis faktla bağlı araşdırmanı davam etdirir.

Samir


Müəllif:

Oxşar xəbərlər