Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu müsəlmanları siyahısına daxil edilib.
"Report" xəbər verir ki, ən nüfuzlu 500 müsəlmanın adı olan növbəti siyahı ("The Muslim 500-2016") Corctaundakı müsəlman-xristian Anlaşma Mərkəzinin dəstəyi ilə Əmmanın kral islam strateji araşdırmalar mərkəzi tərəfindən tərtib olunub.
Prezident İlham Əliyevlə yanaşı, ən nüfuzlu müsəlmanların reytinq siyahısına Azərbaycandan Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadə və xanəndə Alim Qasımov da daxil olub.
Eyni zamanda, "The Muslim 500-2016" siyahısına İordaniya kralı II Abdullah, Qahirənin "Əl-Əzhər" Universitetinin imamı Şeyx Əhməd Məhəmməd əl-Tayyib, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhammədov, Tacikistan prezidenti Emomali Rəhmon daxildir.
Qeyd edək ki, siyahı 2009-cu ildən başlayaraq hər il nəşr olunur.