10 Oktyabr 2015 11:59
578

Bakıda sərnişin avtobusunda insident yaşanıb.

BAKU.WS-in məlumatına görə, insident "BakuBus” avtobusunda qeydə alınıb. Bu barədə redaksiyamıza eksklüziv olaraq videogörüntü daxil olub.

Videodan görünür ki, orta yaşlı bir kişi avtobusa minir. Sərnişin "BakıKartı” olmadığını bildirir. Sürücü isə kartsız getməyin qadağan olduğunu bildirib. Kişi isə sürücüyə əvvəlcə nağd pul vermək istəyib. Sürücü pulu almayıb və kart tələb edib. Nəticədə kişi sürücünü təhqir edib. Daha sonra sürücünü vurub.

Digər sərnişinlər onu sakitləşdirməyə çalışsalar da, həmin şəxs onlara da əl-qol atıb. Sürücü onu avtobusdan düşürə bilməyib. Kişi pulsuz olaraq avtobusda gedib. Pulsuz getməsinə baxmayaraq sərnişin sürücünü təhqir edib və avtobusa tüpürüb. Hadisə sentyabrın 16-da baş verib.

"BakuBus” şirkəti və sürücü avtobusda dələduzluq edən həmin şəxs barədə Bakı şəhər Baş Polis İdarəsinə şikayət edib. Hələlik həmin şəxsin tapılması istiqamətində araşdırma aparılır.

Videonu təqdim edirik:


Müəllif:
Загрузка...