“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini İbrahim Məmmədovun aparıcı olduğu verilişlər “İdman-Azərbaycan” televiziya kanalının aparıcısı Rövşən Məmmədova həvalə edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, bundan sonra AzTV-nin efirində gedən “Həftə” analitik proqramı Rövşən Məmmədovun təqdimatında yayımlanacaq.
Artıq Rövşən Məmmədova AzTV-də yüksək vəzifə də verilib.
Xatırladaq ki, bu il sentyabrın 23-də Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla İbrahim Məmmədov AzTV-nin sədr müavini vəzifəsindən azad edilib.
Onu da qeyd edək ki, hazırda Bakı Dövlət Universitetində (BDU) dərs deyən Rövşən Məmmədov bundan əvvəl “ANS TV”, “Lider TV” və “İdman-Azərbaycan” telekanallarında çalışıb.